Lerikdə meşə sahəsində və Hirkan Milli Parkındə yanğın oldu


Lerik rayonunun Gürdəsər kəndi yaxınlığında Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 9,8 ha və Hirkan Milli Parkının ərazisində 0,2 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

FHN-in yanğından mühafizə bölmələri mürəkkəb relyef şəraitində əsasən əl əməyindən istifadə edərək yanğını söndürüblər. Ətraf ərazilər yanğından mühafizə olunub.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}