“Binance” Rusiyadan olan istifadəçilərə vaxt qoyub


Ən böyük kriptovalyuta birjası olan “Binance” Rusiyadan olan istifadəçilərdən dekabrın 29-dək mövqelərini bağlamağı xahiş edib. Kriptovalyuta birjası Rusiyadan olan müştərilərinə hesablarını köçürmək və pul vəsaitlərini çıxarmaq zərurəti ilə bağlı son xatırlatmaları göndərib.

Şəffaflıq.az  xəbər verir ki, bu barədə RBK-ya “Binance”dan məlumat verilib.

Birjadan bildirilib ki, 29 dekabrdan etibarən bütün açıq mövqelər tədricən bağlanacaq. “Binance” komandası rusiyalıları bütün ödənilməmiş öhdəlikləri yerinə yetirməyi, bütün mövqeləri bağlamağı və vəsaitləri məhdudiyyətsiz olaraq “CommEX” birjasına və ya hər hansı digər kripto platformasına çıxarmağa çağırıb.

Mövqelərin bağlanması haqqında məktublar yaşayış yeri müvəqqəti olaraq və ya daimi əsasda Rusiyada olan şəxslərə göndərilir.

“Binance” Rusiyadan ayrıldığını sentyabrın 27-də elan edib. Eyni zamanda, birja bütün Rusiya biznesini “CommEX”ə satmaq barədə razılığa gəldiyini açıqlayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}