Qazaxıstan Rusiya – Qazaxıstan – İran marşrutu üzrə fiber-optik rabitə xətti çəkməyi təklif edib.


Qazaxıstan Rusiya – Qazaxıstan – İran marşrutu üzrə fiber-optik rabitə xətti çəkməyi təklif edib.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Qazaxıstan informasiya texnologiyaları sahəsində əməkdaşlığın hərtərəfli inkişafdan yanadır. Bu müstəvidə, Rusiya – Qazaxıstan – İran marşrutu üzərindən Hind okeanının sahili boyu keçən mövcud beynəlxalq xətlərə qoşulmaq üçün fiber-optik rabitə xəttinin çəkilməsi imkanlarını nəzərdən keçirməyi təklif edirəm”, – dövlət başçısı bildirib.

Onun sözlərinə görə, bu, Avrasiya məkanında tranzit daşımaları üçün alternativ marşrut yaratmağa imkan verəcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}