Çin gəmiləri mübahisəli zonaya daxil olub
Çinin dəniz polisinin 4 patrul gəmisi Şərqi Çin dənizində Yaponiya ilə mübahisəli Senkaku (Dyaoyuydao) adaları yaxınlığındakı zonaya daxil olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə “Kyodo” məlumat yayıb. Bildirilib ki, gəmilərdən biri avtomatik topa bənzər silahla təchiz edilib. Daha əvvəl Çin gəmiləri dekabrın 10-da Senkaku zonasına daxil olub.
Xəbəri paylaş
Facebook-da paylaş