Güzəştli vergi tutulan ölkələrin və ərazilərin sayı artırılıb
Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısında dəyişiklik edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb. Azərbaycan Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı” bundan sonra aşağıdakı redaksiyada verilir: 1. Andorra 2. Anqila 3. Antiqua və Barbuda 4. Aruba 5. Baham adaları 6. Barbados 7. Bəhreyn Krallığı 8. Beliz 9. Bermud 10. Britaniya Vircin adaları 11. Bruney-Darüssalam 12. Cersi 13. Cəbəlüttariq 14. Dominika 15. Fici 16. Honq-Konq (ÇXR) 17. Kabo Verde 18. Kayman adaları 19. Qəmər Adaları İttifaqı 20. Kuk adaları 21. Labuan (Malayziya) 22. Qernsi 23. Qrenada 24. Liberiya 25. Lixtenşteyn 26. Makao (ÇXR) 27. Maldiv adaları 28. Marşal adaları 29. Mavriki 30. Men adası 31. Monako 32. Montserrat 33. Nauru 34. Niue 35. Palau 36. Panama 37. Samoa 38. Sent Lusiya 39. Sent Vinsent və Qrenadin 40. Seyşel Adaları 41. Sent-Kits və Nevis 42. Tailand 43. Tayvan (ÇXR) 44. Törks və Kaykos adaları 45. Trinidad və Tobaqo 46. Vanuatu 47. Vircin adaları (ABŞ). Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir. Şəffaflıq.az
Facebook-da paylaş