Premyer Liqa: “Səbail” bu gün evdə, “Sabah” səfərdə oynayacaq


Azərbaycan Premyer Liqasında XVII tur davam edir.

“Report”un məlumatına görə, bu gün daha iki oyun keçiriləcək.

Günün ilk matçı “ASCO Arena”da baş tutacaq. Yuxarı pillələrdə qərarlaşan “Səbail” autsayder “Qəbələ”ni sınağa çəkəcək. Hazırda bakılılar 23 xalla 5-ci pillədə qərarlaşıblar. Hesabında 11 xal olan “qırmızı-qaralar” isə sonuncudur.

Ardından turnir cədvəlində qonşu olan “Araz-Naxçıvan”la “Sabah” üz-üzə gələcəklər. 22 xala malik paytaxt təmsilçisi rəqibindən cəmi 1 xal az toplayıb. Murad Musayevin yetirmələri qələbə qazanaraq, Naxçıvan təmsilçisini geridə qoymağa çalışacaqlar.

Qeyd edək ki, turun ilk oyununda “Kəpəz”lə “Sumqayıt” heç-heçə (1:1) ediblər. Dekabrın 16-da “Turan Tovuz” – “Zirə”, 18-də isə “Qarabağ”– “Neftçi” görüşləri baş tutacaq.

Premyer Liqa
XVII tur
15 dekabr (cümə)

13:00. “Səbail” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Asiman Əzizli, Emin Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“ASCO Arena”

15:00. “Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Dalğa Arena”

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}