Azərbaycan Kubokunda üçüncü yarımfinalçı bəlli oldu


Futbol üzrə Azərbaycan Kubokunda yarımfinalın növbəti iştirakçısı bəlli olub.

Şəffaflıq.az-ın məlumatına görə, günün ilk matçında “Turan Tovuz” “Kəpəz”i qəbul edib.

İlk görüşdə səfərdə 2:1 hesablı qələbə qazanan tovuzlular doğma meydandakı oyuna da erkən qollarla başlayıblar. 15-ci dəqiqədə Faiq Hacıyev, bir dəqiqə sonra isə Xəyal Nəcəfov qonaqları mərkəzə dəvət ediblər. Buna baxmayaraq, “Kəpəz” təslim olmayıb. Fərid Nəbiyev 32 və 45+3-cü dəqiqələrdə fərqlənərək, fasiləyədək bərabərliyi təmin edib.

Lakin Gəncə təmsilçisinin bundan artığına gücü çatmayıb. İkinci hissədə qapılara qol vurulmayıb və qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Bununla da “Turan Tovuz” yarımfinala adlayıb.

Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv növbəti raundda “Neftçi”-“Zirə” cütünün qalibi ilə görüşəcək. Bu oyun saat 19:00-da start götürəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər cütlüyündə “Qəbələ” və “Səbail” üz-üzə gələcək. Bu raundun matçları aprelin 19-da və 27-də keçiriləcək.

Azərbaycan Kuboku

1/4 final, cavab oyunları

20 dekabr (çərşənbə axşamı)

“Turan Tovuz” – “Kəpəz”

Qollar: Faiq Hacıyev (15`), Xəyal Nəcəfov (16`), Fərid Nəbiyev (32`, 48`)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz şəhər stadionu.
İlk oyun - 2:1

09:00

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

Şəffaflıq.az xəbər verir ki, bununla da yarımfinalın bütün iştirakçıları bəlli olacaq.

Günün ilk oyununda “Turan Tovuz” “Kəpəz”i qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək. Gəncədəki oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar.

Digər matçda isə “Neftçi” və “Zirə” komandaları üz-üzə gələcəklər. “Bakcell Arena”dakı görüş saat 19:00-da başlayacaq. “Qartallar” evdəki ilk oyunda minimal hesabla qalib gəliblər - 1:0.

Bu iki cütün qalibi yarımfinalda bir-birinə rəqib olacaq.

Azərbaycan Kuboku

1/4 final, cavab oyunları

20 dekabr (çərşənbə axşamı)

14:00. “Turan Tovuz” – “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz şəhər stadionu.
İlk oyun - 2:1

19:00. “Neftçi” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Cavid Cəlilov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bakcell Arena”.
İlk oyun - 0:1

Qeyd edək ki, daha əvvəl “Qəbələ” “Qarabağ”ı, “Səbail” isə “Sabah”ı mübarizədən kənarlaşdıraraq yarımfinala adlayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}