Azərbaycan Premyer Liqasında XVII tura start verilib.
Azərbaycan Premyer Liqasında XVII tura start verilib. Şəffaflıq.az-ın məlumatına görə, ilk gündə bir oyun keçirilib. Açılış matçında autsayderlər zonasında qərarlaşan “Kəpəz” yuxarı pillələrdə yer alan “Sumqayıt”ı qəbul edib. Tovuz şəhər stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Qonaqlar 20-ci dəqiqədə Roi Kehatın qolu ilə hesabı açsalar da, Gəncə təmsilçisi 43-cü dəqiqədə "status-kvo"nu bərpa edib. Georgi Papunaşvili adını tabloya yazdırıb. Bu nəticədən sonra “Sumqayıt” xallarının sayını 24-ə, “Kəpəz” isə 14-ə yüksəldib. Qeyd edək ki, turun digər oyunları dekabrın 15, 16 və 18-də keçiriləcək.
Xəbəri paylaş
Facebook-da paylaş