Noyabrın 27-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.
Noyabrın 27-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb. Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ən çox qar Qubanın Qrız və Xınalıq kəndlərinə yağıb. Burada qar örtüyünün hündürlüyü 14 santimetrə çatır. Region üzrə ən aşağı temperatur (-8,6) Qudyalçay-Xınalıq məntəqəsində qeydə alınıb. Xızı rayonunun Altıağac qəsəbəsində qar örtüyünün hündürlüyü 13, Qusarın Ləzə kəndində isə 12 sm-dir. Quba və Qusarın rayon mərkəzlərində qar qeydə alınmayıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş