Messinin həyat yoldaşının mağazası qarət edilib


Argentinanın Rosario şəhərində naməlum şəxslər futbolçu Lionel Messinin həyat yoldaşı Antonella Rokuzzoya məxsus “Unico” mağazasını qarət ediblər.

Bu barədə "Report"  "İnfobae"yə istinadən xəbər verir.

Məlumata görə, işçilər mağazadan nağd pul daşıyan zaman naməlum şəxslərin hücumuna məruz qalıblar, əməkdaşların avtomobilinin şüşələrini sındırılıb. Cinayətkarlar içərisində pul olan iki çantanı götürüb və avtomobilə atəş açıblar. Qeyd edilir ki, onlar qaça biliblər.

Cinayətkarlar təxminən 20 min avro oğurlayıblar.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}