"Bu təxribatın məsuliyyəti Ermənistanın hərbi - siyasi rəhbərliyinin üzərinə düşür və qarşı tərəfin bu kimi addımları bundan sonra da adekvat şəkildə cavablandırılacaq".
Şəffaflıq.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova tviter hesabında yazıb.
Spiker dövlət sərhədində Ermənistan tərəfindən törədilən təxribat nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olmuş hərbi qulluqçuların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmasını diləyib.
"Allah şəhidlərimizə rəhmət eləsin!", - paylaşımda deyilir.
Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub.Tweet
Söhbət
Facebook-da paylaş