Gəncədə şəhid Natiq Əliyevlə vida mərasimi başlayıb

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Natiq Əliyev bu gün saat 15:40-da ailəsinə təhvil verilib.
Şəffaflıq.az-ın məlumatına görə, onun nəşi Gəncə şəhər Cavad Xan küçəsində ailəsinin yaşadığı evə gətirilib.
Şəhidlə vida mərasimi saat 15:00-da başlayacaq və Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, Natiq Əliyev ailəli olub, 1 övladı var.
Allah rəhmət eləsin!

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}