DİN: Bakıda yanğın baş verən ərazi mühafizəyə götürülüb


Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

Bu barədə  DİN-in mətbuat xidmətindən bildirilib.

Bütün zəruri tədbirlər görülür, ərazi mühafizəyə götürülüb.

Daha əvvəl FHN-də bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

TƏBİB-dən isə bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb.

Xəsarət alan yoxdur.

Şəffafıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}