Əsas Səhifə > Hadisə > DİN: Bakıda yanğın baş verən ərazi mühafizəyə götürülüb
DİN: Bakıda yanğın baş verən ərazi mühafizəyə götürülüb23-11-2023, 09:12 |
Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub. Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Bütün zəruri tədbirlər görülür, ərazi mühafizəyə götürülüb. Daha əvvəl FHN-də bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. TƏBİB-dən isə bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb. Xəsarət alan yoxdur. Şəffafıq.az Geri qayıt |