Qadın futbolçulardan ibarət Azərbaycan millisinin iki oyununun məkanı müəyyənləşib


Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Millətlər Liqasında Kipr və Farer adalarına qarşı keçirəcəyi oyunların məkanı və başlama vaxtı müəyyənləşib.

Şəffaflıq.az xəbər verir ki, Kipr yığması ilə oyun dekabrın 1-də, Bakı vaxtı ilə saat 21:00-da Limassoldakı “Limassol” stadionunda gerçəkləşəcək.

Farer adaları ilə qarşılaşma isə saat 19:00-da Mərdəkandakı “Dalğa Arena”da gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan millisi 4 oyundan sonra 10 xalla qrup lideridir. İkinci pillədəki Kiprin 7, üçüncü Monteneqronun 6 xalı var. Autsayder Farer adalarının isə xalı yoxdur.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}