Əsas Səhifə > FUTBOL > Qadın futbolçulardan ibarət Azərbaycan millisinin iki oyununun məkanı müəyyənləşib

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin iki oyununun məkanı müəyyənləşib


21-11-2023, 16:27


Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Millətlər Liqasında Kipr və Farer adalarına qarşı keçirəcəyi oyunların məkanı və başlama vaxtı müəyyənləşib.

Şəffaflıq.az xəbər verir ki, Kipr yığması ilə oyun dekabrın 1-də, Bakı vaxtı ilə saat 21:00-da Limassoldakı “Limassol” stadionunda gerçəkləşəcək.

Farer adaları ilə qarşılaşma isə saat 19:00-da Mərdəkandakı “Dalğa Arena”da gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan millisi 4 oyundan sonra 10 xalla qrup lideridir. İkinci pillədəki Kiprin 7, üçüncü Monteneqronun 6 xalı var. Autsayder Farer adalarının isə xalı yoxdur.


Geri qayıt