Azərbaycan Kuboku: “Sumqayıt” və “Turan Tovuz”un rəqibi bəlli olub
Azərbaycan Kubokunda 2023/2024 mövsümünə I təsnifat mərhələsinin 3 oyunu ilə start verilib. Şəffaflıq.az -ın məlumatına görə, “Lerik” “Füzuli”ni (1:0), “Şahdağ Qusar” "Qusar"ı (0:0, penaltilərlə 5:4), “Göygöl” isə “Dinamo”nu (2:1) məğlub edib. Beləliklə, “Lerik”, "Şahdağ Qusar" və "Göygöl" II təsnifat mərhələsinə vəsiqə əldə ediblər. Həmin raundda “Lerik” evdə “Sumqayıt”la, “Şahdağ Qusar” doğma arenasında “Qaradağ Lökbatan”la, “Göygöl" isə səfərdə “Turan Tovuz”la qarşılaşacaq. II raundun görüşləri 28-30 noyabr tarixlərində baş tutacaq. Qeyd edək ki, I təsnifat mərhələsinin digər oyunları noyabrın 19-20-də keçiriləcək.
Xəbəri paylaş
Facebook-da paylaş