Meksikanın cənubunda təyyarə qəzası olub, ölənlər var


Meksikanın cənubundakı Morelos ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı 4 nəfər həlak olub.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə ştat hökumətinin feysbuk səhifəsində bildirilib.

Tetlama şəhərində qeydə alınan hadisə zamanı ekipaj üzvlərinin hamısı dünyasını dəyişib.

Hadisə yerinə xilasedicilər gəlib, rayon prokurorluğu hadisənin səbəblərini araşdırır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}