İsveçrədə təyyarə və planer qəzaya uğrayıb, ölənlər var

 İsveçrənin Bivio kommunası yaxınlığında yüngülmühərrikli təyyarə və planerin qəzaya uğraması nəticəsində azı beş nəfər ölüb.
Şəffaflıq.az APA-ya istinadən xəbər verir ki, bu barədə Qraubünden kantonunun polisi məlumat verib.
Planerin qəzaya uğraması və pilotun ölümü barədə məlumat polisə şənbə günü daxil olub. Əlverişsiz hava şəraiti səbəbindən hadisə yerində xilasetmə işlərinə bazar günü başlanılıb.
Əməliyyat zamanı planerin qəzaya uğradığı yerdən 1 km məsafədə dağılmış bir yüngülmühərrikli təyyarə aşkar olunub. Onun göyərtəsində olan pilotu və biri uşaq olmaqla üç sərnişinin həlak olduğu müəyyən edilib.
Hüquq-mühafizə orqanları planer və təyyarənin qəzaya uğramasının səbəblərini araşdırır. İki hadisənin bir-biri ilə əlaqəli olub-olmadığı dəqiqləşdirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}