Bayrağımız Nyu Yorkda səmaya qaldırıldı - FOTO


18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə üçrəngli, ay ulduzlu Azərbaycan bayrağı yenidən dəfə Nyu-Yorkun simvolu və maliyyə mərkəzi hesab "Wall Street"də "Bowling Green" parkında nəhəng bayraq dirəyindən asılıb.

Şəffaflıq.az  report-a istinadən xəbər verir ki, mərasim turistlərin ən çox iştirak edən küçələrindən birində, Azərbaycan-Nyu-York Assosiasiyasının üzvlərinin təşkilatçılığı ilə baş tutub.

Mərasimdə Nyu-Yorkda yaşayan həmvətənlərimiz, Nyu-York meriyasının təmsilçiləri, ABŞ-da fəaliyyət göstərən azərbaycanlı diplomatlar və yerli ictimaiyyətin iştirakı ilə iştirak ediblər.

Üçrəngli bayrağımızı Azərbaycan dövlət himinin sədaları altında Nyu-York səmasına qaldırılıb. Ölkəmizin bayrağı ABŞ bayrağı ilə birlikdə səmada dalğalanıb.

Bölgəni ziyarət edən turistlərin bağrağımızın fonunda şəkil çəkdiriblər.

Qeyd edək ki, Nyu-York şəhərinin ilk rəsmi parkı olan və nəhəng bayraq meydanı kimi tanınan "Bowling Green" parkı bu gündən etibarən 10 gün ərzində Azərbaycan bayrağına ev sahibliyi edəcək. Oktyabrın 27-də meydandakı Azərbaycan bayrağı Türkiyə Respublikasının 100 illiyi münasibəti ilə türk bayrağı ilə əvəz olunacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}