AVRO-2024: Azərbaycan millisi statistik göstəricilərdə sonuncu sıralarda yer alıb
UEFA AVRO-2024-ün seçmə mərhələsinin VIII turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb. Şəffaflıq.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisi indiyədək ən çox qurtarış edən komandaların siyahısında yer alıb. Yığmanın qapıçıları 6 görüşdə 27 seyvlə bu göstəricidə səkkizincidir. Azərbaycan millisi qarşılaşmalar ərzində rəqibdən top "oğurlamaq"da (207 dəfə) sonuncu pillələrdədir. Komanda 52 ölkə arasında 47-cidir. Yığma qapıya zərbələrdə (45) də eyni mövqedə qərarlaşıb. Canni De Byazinin baş məşqçisi olduğu kollektiv ötürmə dəqiqliyinə (79,7 faiz) görə yalnız 31-ci ola bilib. Təmsilçimiz vurulan qol sayında da bir çoxlarından geridədir. 6 görüşdə rəqib qapılarına 4 dəfə yol tapan milli 44-cü sıradadır.
Facebook-da paylaş