Nigeriyada daşqınlar onlarla insanın həyatına son qoyub


Nigeriyada güclü yağışların səbəb olduğu daşqınlar 33 nəfərin həyatına son qoyub.

Bu barədə  yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, Adamava ştatında davam edən leysanın səbəb olduğu daşqınlar nəticəsində 30-dan çox insan ölüb.

Fövqəladə Halların İdarə Olunması Agentliyinin Adamava üzrə baş katibi Məhəmməd Amin Süleyman hazırda ştatda yağan güclü yağışların daşqınlara səbəb olduğunu bildirib.

Süleyman qeyd edib ki, daşqınlar nəticəsində 33 nəfər ölüb, xeyli sayda sakin itkin düşüb.

Sel nəticəsində 1 600 ev su altında qalıb. Regionda qurulan 11 yardım düşərgəsinə 9 960 sakin sığınıb.

Süleyman qeyd edib ki, əyalət hökuməti tezliklə daşqın qurbanlarına yardım ləvazimatları paylamağa başlayacaq.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}