İsrail HHQ: "HƏMAS-la mübarizəni davam etdirəcəyik"


“Biz vətəndaşlarımızın təhlükəsizliyi naminə lazım olduğu müddətcə HƏMAS-la mübarizəni davam etdirəcəyik”.

Şəffaflıq.az xəbər verir ki, bu barədə İsrailin Hərbi Hava Qüvvələrindən bildirilib.

Qeyd olunub ki, İsrail ordusu son saatlarda Qəzza zolağında Beyt Hanun, Sacaiya, Əl-Furqan kimi şəhərlərə zərbələr endirib.

Xatırladaq ki, İsrail Baş naziri Benyamin Netenyahu daha əvvəl ordunun quru əməliyyatlarına başyacağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 800 nəfər ölüb, 2 750 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}