Cəlilabadda torpaqları zəbt edən şəxs cərimələnib
Cəlilabadda zəbt edilmiş torpaqların azad edilməsi və qanuni dövriyyəyə qaytarılması ilə əlaqədar icra hakimiyyəti yanında komissiyanın polislə birgə tədbirləri davam etdirilir. Şəffaflıq.az-ın məlumatına görə, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla yaşayan Ağayev Hidayət Hüseynqulu oğlu tərəfindən kənd təsərrüfatı təyinatlı 8 hektar örüş sahəsinin 4 hektar hissəsində məqsədli təyinatdan kənar əkin işlərinin aparılması faktı ilə bağlı araşdırma tamamlanıb. Ağayev Hidayət Hüseynqulu oğluna İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsi ilə 500 (beş yüz) manat inzibati tənbeh tətbiq edilib. Rayonda belə halların qarşısının alınması üçün yaradılmış komissiya polislə birgə araşdırmalarını davam etdirir.
Facebook-da paylaş