Əsas Səhifə > Hadisə > Cəlilabadda torpaqları zəbt edən şəxs cərimələnib

Cəlilabadda torpaqları zəbt edən şəxs cərimələnib


29-09-2023, 15:46


Cəlilabadda zəbt edilmiş torpaqların azad edilməsi və qanuni dövriyyəyə qaytarılması ilə əlaqədar icra hakimiyyəti yanında komissiyanın polislə birgə tədbirləri davam etdirilir.

Şəffaflıq.az-ın məlumatına görə, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla yaşayan Ağayev Hidayət Hüseynqulu oğlu tərəfindən kənd təsərrüfatı təyinatlı 8 hektar örüş sahəsinin 4 hektar hissəsində məqsədli təyinatdan kənar əkin işlərinin aparılması faktı ilə bağlı araşdırma tamamlanıb.

Ağayev Hidayət Hüseynqulu oğluna İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsi ilə 500 (beş yüz) manat inzibati tənbeh tətbiq edilib.

Rayonda belə halların qarşısının alınması üçün yaradılmış komissiya polislə birgə araşdırmalarını davam etdirir.


Geri qayıt