İnsanlar niyə yalan danışmağa meyllidir?
Bəs bizim yalanlarımızın arxasındakı həqiqət nədir? Çox yalan danışan insanları hansı psixoloji problemləri var? Mütəxəssislərin fikirncə, insan 3-4 yaşdan yalan danışmağa başlayır. Çünki 3-4 yaşında insan dilin güclü bir şey olduğunu başa düşməyə başlayır. Yalan danışmaq pisdir, amma hamımız az və ya çox dərcədə yalan danışırıq. Bəzi insanlar özləri və başqaları haqqında yalan danışmaqdan çəkinmirlər. Psixoloq Rəvanə Quliyevanın sözlərinə görə, yalan danışmaq özü psixoloji bir pozuntu olmaqla yanaşı həm də, narsizim, psixopatiya kimi şəxsiyyət pozuntularının əlaməti də ola bilər. Mütəxəssislərin fikrincə, yalan danışan insanlar empatiya əskikliyi yaşayan insanlardır. Narsistlər, sosiopatlar və psixopatlarda empatiya çatışmazlığı olur. Yəni normal insanlarla eyni empatiya hissinə sahib olmurlar. Narsistlər tez-tez ətraflarını möhtəşəm və ya həddən artıq güvənli kimi təsvir edirlər. Narsistik insanlar öz emosional ehtiyaclarını qarşılamaq üçün daim dayaz və zəif əlaqələr içərisindədirlər. Başqalarına əhəmiyyət vermirsənsə, yalan danışmağın sənin üçün heç bir əhəmiyyəti yoxdur. Empatiyanın olmaması həm də vicdansızlıq deməkdir. Bu insanlar yalan danışanda bu onları normal bir insan kimi narahat etmir. “Bir çox insanın yalançılarla normal münasibəti ola bilər. Əslində yalançılar şüurlu olmadıqları üçün iki sözünün birinin yalan olduğunu dərk etmirlər. Buna görə də çox vaxt həqiqəti söylədiklərinə inanırlar. Yəni əsas məsələ dürüstlük deyil, əsas məsələ qarşındakını inandıra bilməkdir”-deyə psixoloq bildirir. Onun sözlərinə görə, əgər bir insan yalan danışmaqdan mənfəət əldə edirsə, yalan danışmağa davam edir. Empatik insanlar isə, yalan danışmağı bacarmırlar. Çünki bu insanlar narsistlərin ilk qurbanlarıdır. Empatiyası yüksək olan insanlar kiminsə yalan danışdığını görəndə, empatiyaları səbəbindən bunu anlamağa çalışırlar. Onların empatiya bacarıqları onları günahlandırmaq əvəzinə səbəb axtarmağa və ya birbaşa özlərini günahlandırmağa vadar edir. “Yalan başlayandan sonra, qurban özünü günahkar hiss etməyə başlayır. O manipulyasiya edilir. Və o yalana inanmağa başlayır. Yalan hər yerdə həqiqəti üstələyir. Bu, sadə, ağ yalanla başlaya bilər. Əgər kimsə yalan danışırsa, onun niyə yalan danışdığının səbəbini axtramağa çalışmayın. Yalan yalandır və bu yalanı araşdırmağa başlayanda əgər adam deyirsə ki, bu sizin günahınızdır və ya belə bir şey deməyib, başa düşün ki, o adam dürüst adam deyil. Uzaq olun. Ya da başa düşməyə çalışın ki, o dəyişməyəcək”-deyə psixoloq bildirib. Onun sözlərinə görə, yalan danışanlar çox tez-tez and içir, hətta yalan danışdıqları zaman “əgər yalan deyiriəmsə” başlayan cümlələrlə özləinə qarğış edir və ya söyürlər. Belə insanlardan isə uzaq olmaq lazımdır... Şəffaflıq.azDemək olar ki, hamı yalan danışır. Və insanlar uşaqlıqdan yalan danışmağa başlayır.
Facebook-da paylaş