Bakıda şadlıq sarayının pilləkənlərindən yıxılan şəxs ölüb
Bakıda şadlıq evinin pilləkənlərindən yıxılan şəxs ölüb. Şəffaflıq.az xəbər verir ki, sentyabrın 23-ü saat 23 radələrində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Orxan Məhəmməd oğlu Qarayev B.Çobanzadə küçəsində yerləşən "Şərq" şadlıq sarayında pilləkənlərdən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş O.Qarayev oktyabrın 1-i orada ölüb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
