Şəmkirdə arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub
Şəmkirdə arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə Şəmkir rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, oktyabrın 6-da saat 18 radələrində Şəmkir rayonu Şiştəpə kəndi ərazisində 1984-cü il təvəllüdlü Röyalə Hacıyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1971-ci il təvəllüdlü Arif Hacıyevin bıçaqla xəsarətlər yetirməklə Röyalə Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Arif Hacıyev rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam edir. Şəffaflıq.az
Facebook-da paylaş
