Ağdamda üçotaqlı ev yanıb, xəsarət alanlar var
Ağdamın Quzanlı qəsəbəsində üçotaqlı fərdi yaşayış evində baş verən yanğın zamanı xəsarət alanlar var. Şəffaflıq.az-ın məlumatına görə, yanğın qəsəbə sakini İsmayılov Əhəd Natiq oğluna məxsus 3 otaqlı evdə qeydə alınıb. Yanğın nəticəsində xəsarət alan 1965-ci il təvəllüdlü İsmayılov Zibeydə Qənimət qızı və 2013-cü il təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin müayinə zananı hər iki şəxsə 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub. Evdə baş verən yanğın FHN-in yanğınsöndürmə briqadası tərəfindən söndürülərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
