Sumqayıtda avtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhərin Sülh prospektində qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Abışov Arzu Şubay oğlunun idarə etdiyi "Hyundai" markalı avtobusla, 1962-ci il təvəllüdlü Hüseynova İradə Əlihüseyn qızının idarə etdiyi "Kia" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində hər iki sürücü, eləcə də avtobusun sərnişini – 1990-cı il təvəllüdlü Abşeron rayon sakini Məmmədov Tural Arif oğlu xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
