Əsas Səhifə > Hadisə > Sumqayıtda avtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var

Sumqayıtda avtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var


2-10-2025, 09:23


Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Abışov Arzu Şubay oğlunun idarə etdiyi "Hyundai" markalı avtobusla, 1962-ci il təvəllüdlü Hüseynova İradə Əlihüseyn qızının idarə etdiyi "Kia" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində hər iki sürücü, eləcə də avtobusun sərnişini – 1990-cı il təvəllüdlü Abşeron rayon sakini Məmmədov Tural Arif oğlu xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt