Sabah bəzi yerlərdə çiskin olacaq - PROQNOZ
Azərbaycanda oktyabrın 8-də havanın əsasən yağmursuz olacağı, bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 55-65 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında çiskinli yağış yağacağı, arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq. Şəffaflıq.az
Facebook-da paylaş
