Ağdamda üçotaqlı evdə yanğın baş verib, xəsarət alanlar var


Ağdamda baş verən yanğın zamanı biri uşaq olmaqla, iki nəfər ağır yanıq xəsarəti alıb.

Şəffaflıq.az-ın məlumatına görə, Quzanlı qəsəbəsində İsmayılov Əhəd Natiq oğluna məxsus 3 otaqlı evdə yanğın baş verib.

Yanğın nəticəsində 2013-cü il təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı və 1965-ci il təvəllüdlü İsmayılov Zibeydə Qənimət qızı xəsarət alıblar. Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılara ilkin müayinə zamanı 2-ci dərəcəli yanıq diaqnozu qoyulub.

Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfinən məhdudlaşdırılan yanğının yanaşı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}