Qırğızıstan və Türkiyə Qəbələdə ikitərəfli münasibətlərin dərinləşdirilməsini müzakirə edib


Qırğızıstan və Türkiyə Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) sammiti çərçivəsində ikitərəfli münasibətlərin dərinləşdirilməsini müzakirə edib.

Şəffaflıq.az Qırğızıstan mediasına istinadən xəbər verir ki, Qəbələdə Qırğızıstan və Türkiyə xarici işlər nazirləri Jeenbeki Kulubayev və Hakan Fidan arasında görüş keçirilib.

Tərəflər Qırğızıstan-Türkiyə əməkdaşlığının fəal inkişaf etdiyini, o cümlədən Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın 17-18 sentyabr tarixlərində Qırğızıstana səfərinin planlaşdırıldığını qeyd ediblər.

Bundan başqa, nazirlər cari vəziyyəti, ikitərəfli əlaqələrin dərinləşdirilməsi perspektivlərini və TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}