Əminəm ki, Qarabağ Bəyannaməsi, qəbul etdiyimiz qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, TDT-nın beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir.
Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü, qəbul edilən Qarabağ Bəyannaməsi Türk Dövlətləri Təşkilatının sülhə çağırış, konstruktiv dialoq tribunası olduğunu göstərdi Azərbaycanın beynəlxalq aləmdə siyasi nüfuzunun , iqtisadi qüdrətinin yüksəlməsi naminə dövlət başçısı kimi üzərinə düşən məsuliyyəti xalqımızın maraqları, dövlətçilik mənafeinin qorunması baxımından yerinə yetirən, liderlik cəsarəti ilə doğruldan Prezident İlham Əliyev üçün əsas prioitetlərdən biri də ümumtürk birliyinin möhkəmləndirilməsi idi. Ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən sayılan bu hədəfə nail olmaq üçün türkdilli xalqların oxşar milli irsinə, mental xüsusiyyətlərinə güclü syasi-ideoloji təsir vasitəsi kimi diqqət göstərən, türk dövlətləri arasında birləşdiricilik missiyasının vacibliyini zamanın qarşısıalınmaz tələbi kimi dəyərləndirən Prezident İlham Əliyev bu məqsədlə zəruri elmi, ideoloji zəminin formalaşdırılması, təkmil konsepsiya əsasında güclü təşkilatın yaranması zərurətini aktuallaşdırdı. Bu günlərdə Azərbaycanın qədim mədəniyyət paytaxtı Şuşada Prezident İlham Əliyevin, Özbəkistanın, Qırğızıstanın, Qazaxıstanın dövlət başçıları Şavkat Mirziyoyevin, Sadır Japarovun, Kasım-Jomart Tokayevin, Macarıstanın Baş naziri Viktor Orbanın, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevin iştirak etdikləri Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin liderlərinin qeyri-rəsmi Zirvə görüşü türk birliyinin, həmrəyliyinin sarsılmazlıq nümunəsi, tarixi hadisə kimi yaddaşlada iz saldı. Şuşa görüşü bir daha təsdiqlədi ki, türk dünyasının gücləndirilməsi, böyük coğrafiyanı əhatə edən bu dünyanın siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi Azərbaycanın xarici siyasətinin əsas məsələlərindəndir. Zəngin təbii resursları, tarixi , milli-mənəvi dəyərləri ilə fərqlənən Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən TDT-yə üzv dövlətlərin davamlı inkişafı da göstərir ki, nüfuzlu beynəlxalq təşkilatlarla eyni səviyyədə söz sahibi olan qurum türkçülük ideyasının birlik, həmrəylik, bərabərlik platformasıdır. 2021-ci ildə Şuşanın «Azərbaycanın mədəniyyət paytaxtı»” elan olunması, Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il respublikamızda «Şuşa İli»nin” elan edilməsi, TÜRKSOY tərəfindən bu şəhərin 2023-cü il üçün «Türk dünyasının mədəniyyət paytaxtı”», ICESCO tərəfindən isə 2024-cü il üçün «İslam dünyasının mədəniyyət paytaxtı”» elan olunması bu qədim yurd yerinin türk dünyası üçün əhəmiyyətini ehtiva edir. Azərbaycanla Türkiyənin rəsmi müttəfiqliyinin əsasını qoyan Şuşa Bəyannaməsinin bu şəhərdə imzalanması mədəniyyət paytaxtı Şuşaya siyasi maraqların birləşdiyi şəhər statusu da qazandırdı. Qeyri rəsmi Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsi isə türkçülüyün sarsılmazlıq nümunəsi kimi tarixə yazıldı. Türk dövlətləri rəhbərlərinin Ermənistanın işğalından azad edilmiş torpaqlara davamlı səfərləri, Füzulidə Özbəkistanın, Qazaxıstanın dəstəyi ilə inşa olunan orta məktəbin və yaradıcılıq mərkəzinin istifadəyə verilməsi, qardaş dəstəyi ilə tikiləcək məktəblər, digər sosial obyektlər ortaq dəyərlərə malik türk qardaşlığının təzahürüdür. «Əminəm ki, bu gün imzalayacağımız Qarabağ Bəyannaməsi, qəbul etdiyimiz qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi iqtisadi əlaqələrimizin daha da dərinləşməsinə xidmət edəcək. Fond vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaqdır. Azərbaycanın Türk Dövlətləri Təşkilatının hesabına ayırdığı 2 milyon ABŞ dollar daha mühüm layihələrin həllinə yönəldiləcəkdir. İkinci Qarabağ müharibəsindəki Zəfərimizi təkcə işğalın sonu deyil, Cənubi Qafqazda sülh, sabitlik və rifah yolunda tarixi bir fürsət pəncərəsinin açılması kimi dəyərləndirən Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın əminliklə söylədiyi «Orta Asiya, Qara dəniz və Xəzər dənizi hövzələri də daxil olmaqla, bütün Türk dünyası üçün böyük imkanlar yaradacaq, yeni fürsətlər doğuracaq» sözlərində türk dünyasının möhtəşəmliyi əks olunub. Qeyd olunduğu kimi, Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olması təkcə bölgə ölkələri üçün deyil, beynəlxalq nəqliyyat xətlərinin açılması, qlobal təhlükəsizlik və kommunikasiyalar baxımından da böyük önəm daşıyır. Qlobal enerji, nəqliyyat layihələrinin reallaşmasında təşəbbüskarlığı, malliyyə dəstəyi ilə fərqlənən Azərbaycanın uğurları bütünlükdə türk dövlətlərinin birlik və həmrəyliyinin möhkəmlənməsinə xidmət edir. Şuşada imzalanan Qarabağ Bəyannaməsində təşkilatın beynəlxalq aləmdə rolunu, qlobal hadisələrə təsir imkanlarını artıracaq bütün prioitetlər əksini tapıb. Belə ki, türkçülük ideyasının aparıcı qüvvəsi, birlik və həmrəyliyinin sarsılmazlıq, güc mərkəzi olan TDT-nin məqsədi, amalı xalqlarası dostluqluğu, əməkdaşlığı gücləndirmək, malik olduqları təbii resursları sülhün, sabitliyin təminatına yönəltməkdir. Prezident İlham Əliyevin aforizmə çevrilən «Nəyin, necə, nə vaxt» həll ediləcəyi müdrik kəlamının TDT-nin gələcək fəaliyyətindəki məntiqi nəticəsini zaman göstərəcək. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Şəffaflıq.az
Facebook-da paylaş