Azərbaycanın U-19 millisi Şimali İrlandiyaya uduzub


Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiyaya məğlub olub.

Şəffaflıq.az-ın məlumatına görə, B Liqasının 6-cı qrupunda yer alan U-19 rəqibinə 1:2 hesabı ilə uduzub.

Görüşdə hesabı 25-ci dəqiqədə Tuncay Əhmədov açıb.

Matç Litvanın Kaunas şəhərindəki "Raudondvario" stadionunda keçirilib.

Xatırladaq ki, İlham Yadullayevin baş məşqçisi olduğu Azərbaycan millisi ilk görüşdə meydan sahibi Litvaya uduzub - 0:4.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}