Çində kömür mədəni çöküb, ölənlər var


Çinin şimalındakı Şansi əyalətində kömür mədəninin çökməsi nəticəsində dörd nəfər ölüb.

Bu barədə Şəffaflıq.az "Xinhua" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, qəza çərşənbə günü Bakı vaxtı ilə saat 17:15 radələrində "China National Coal Group" şirkətinin törəmə müəssisəsində baş verib.

"Kömür mədənində qayanın uçması nəticəsində dörd nəfər həlak olub; onların meyitləri cümə axşamı günü tapılıb", - "Xinhua" bildirib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}