Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Çində kömür mədəni çöküb, ölənlər var
Çində kömür mədəni çöküb, ölənlər varDünən, 09:31 |
|
Çinin şimalındakı Şansi əyalətində kömür mədəninin çökməsi nəticəsində dörd nəfər ölüb. Bu barədə Şəffaflıq.az "Xinhua" agentliyinə istinadən xəbər verir. Məlumata görə, qəza çərşənbə günü Bakı vaxtı ilə saat 17:15 radələrində "China National Coal Group" şirkətinin törəmə müəssisəsində baş verib. "Kömür mədənində qayanın uçması nəticəsində dörd nəfər həlak olub; onların meyitləri cümə axşamı günü tapılıb", - "Xinhua" bildirib. Geri qayıt |