Əsas Səhifə > SİYASƏT > Əminəm ki, Qarabağ Bəyannaməsi, qəbul etdiyimiz qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, TDT-nın beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir.

Əminəm ki, Qarabağ Bəyannaməsi, qəbul etdiyimiz qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, TDT-nın beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir.


10-07-2024, 23:54


Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü, qəbul edilən Qarabağ Bəyannaməsi Türk Dövlətləri Təşkilatının sülhə çağırış,  konstruktiv dialoq tribunası olduğunu göstərdi

Azərbaycanın  beynəlxalq aləmdə siyasi nüfuzunun , iqtisadi qüdrətinin yüksəlməsi naminə dövlət başçısı kimi üzərinə düşən məsuliyyəti xalqımızın maraqları, dövlətçilik mənafeinin qorunması baxımından yerinə yetirən,  liderlik cəsarəti ilə doğruldan Prezident  İlham Əliyev üçün əsas prioitetlərdən biri də  ümumtürk birliyinin möhkəmləndirilməsi idi. Ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən sayılan bu   hədəfə nail olmaq üçün  türkdilli xalqların oxşar milli irsinə, mental xüsusiyyətlərinə güclü  syasi-ideoloji təsir vasitəsi kimi diqqət göstərən, türk dövlətləri arasında  birləşdiricilik missiyasının vacibliyini  zamanın qarşısıalınmaz tələbi kimi dəyərləndirən  Prezident  İlham Əliyev bu məqsədlə zəruri elmi,  ideoloji zəminin formalaşdırılması, təkmil  konsepsiya əsasında güclü təşkilatın yaranması zərurətini  aktuallaşdırdı.

Bu günlərdə   Azərbaycanın qədim mədəniyyət paytaxtı Şuşada    Prezident İlham Əliyevin, Özbəkistanın, Qırğızıstanın, Qazaxıstanın dövlət başçıları Şavkat Mirziyoyevin, Sadır Japarovun,  Kasım-Jomart Tokayevin, Macarıstanın Baş naziri Viktor Orbanın, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevin iştirak etdikləri  Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin liderlərinin qeyri-rəsmi Zirvə görüşü türk birliyinin,  həmrəyliyinin  sarsılmazlıq nümunəsi, tarixi hadisə kimi  yaddaşlada iz saldı. Şuşa görüşü bir daha təsdiqlədi ki,  türk dünyasının  gücləndirilməsi, böyük coğrafiyanı əhatə edən bu dünyanın siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi  Azərbaycanın xarici siyasətinin əsas məsələlərindəndir. Zəngin təbii resursları, tarixi , milli-mənəvi dəyərləri  ilə fərqlənən Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən TDT-yə  üzv dövlətlərin  davamlı inkişafı da göstərir ki, nüfuzlu beynəlxalq təşkilatlarla eyni səviyyədə söz sahibi olan qurum türkçülük ideyasının birlik, həmrəylik, bərabərlik  platformasıdır. 2021-ci ildə Şuşanın «Azərbaycanın mədəniyyət paytaxtı»” elan olunması, Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il respublikamızda  «Şuşa İli»nin” elan edilməsi, TÜRKSOY tərəfindən bu  şəhərin 2023-cü il üçün «Türk dünyasının mədəniyyət paytaxtı”», ICESCO tərəfindən isə 2024-cü il üçün «İslam dünyasının mədəniyyət paytaxtı”» elan olunması  bu qədim yurd yerinin  türk dünyası üçün əhəmiyyətini ehtiva edir.  Azərbaycanla  Türkiyənin rəsmi müttəfiqliyinin əsasını qoyan Şuşa Bəyannaməsinin bu şəhərdə imzalanması mədəniyyət paytaxtı Şuşaya siyasi maraqların  birləşdiyi şəhər statusu da qazandırdı. Qeyri rəsmi Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsi isə  türkçülüyün sarsılmazlıq nümunəsi kimi tarixə yazıldı.

Türk dövlətləri rəhbərlərinin  Ermənistanın işğalından azad edilmiş torpaqlara  davamlı səfərləri, Füzulidə Özbəkistanın, Qazaxıstanın  dəstəyi ilə inşa olunan orta  məktəbin və yaradıcılıq mərkəzinin istifadəyə verilməsi,  qardaş dəstəyi ilə  tikiləcək məktəblər, digər sosial obyektlər ortaq dəyərlərə malik türk qardaşlığının təzahürüdür.

«Əminəm ki, bu gün imzalayacağımız Qarabağ Bəyannaməsi, qəbul etdiyimiz qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi iqtisadi əlaqələrimizin daha da dərinləşməsinə xidmət edəcək. Fond vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaqdır. Azərbaycanın  Türk Dövlətləri Təşkilatının hesabına ayırdığı 2 milyon ABŞ dollar daha mühüm layihələrin həllinə yönəldiləcəkdir.

 İkinci Qarabağ müharibəsindəki  Zəfərimizi təkcə işğalın sonu deyil, Cənubi Qafqazda sülh, sabitlik və rifah yolunda tarixi bir fürsət pəncərəsinin açılması kimi dəyərləndirən Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın  əminliklə söylədiyi «Orta Asiya, Qara dəniz və Xəzər dənizi hövzələri də daxil olmaqla, bütün Türk dünyası üçün böyük imkanlar yaradacaq, yeni fürsətlər doğuracaq» sözlərində türk dünyasının möhtəşəmliyi əks olunub.  Qeyd olunduğu kimi,  Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olması təkcə bölgə ölkələri üçün deyil, beynəlxalq  nəqliyyat xətlərinin açılması,  qlobal təhlükəsizlik və kommunikasiyalar baxımından da böyük önəm daşıyır.  Qlobal enerji, nəqliyyat layihələrinin reallaşmasında təşəbbüskarlığı, malliyyə dəstəyi ilə fərqlənən   Azərbaycanın uğurları bütünlükdə türk dövlətlərinin birlik və həmrəyliyinin möhkəmlənməsinə xidmət edir.

Şuşada imzalanan Qarabağ Bəyannaməsində təşkilatın beynəlxalq aləmdə rolunu, qlobal hadisələrə təsir imkanlarını artıracaq bütün prioitetlər əksini tapıb. Belə ki, türkçülük ideyasının aparıcı qüvvəsi, birlik və həmrəyliyinin sarsılmazlıq, güc mərkəzi olan TDT-nin məqsədi, amalı xalqlarası dostluqluğu,  əməkdaşlığı gücləndirmək, malik olduqları  təbii resursları sülhün, sabitliyin təminatına  yönəltməkdir.  Prezident İlham Əliyevin aforizmə çevrilən «Nəyin, necə, nə vaxt» həll ediləcəyi müdrik kəlamının TDT-nin gələcək fəaliyyətindəki  məntiqi nəticəsini    zaman göstərəcək.




Bayram Xudayarov

Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,

"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,

YAP-ın fəal üzvü

Şəffaflıq.az 



Geri qayıt