AEBA İsrailin İranın uran zavodununa hücumunu araşdırır


İsrailin İranın Yəzd vilayətində yerləşən uran filizi konsentratı istehsalı zavoduna hava zərbəsi endirməsi barədə Tehrandan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) məlumat verilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə AEBA-nın "X"dəki hesabında məlumat yayılıb.

"Zavoddan kənarda radiasiya səviyyəsinin artması qeydə alınmayıb",- AEBA-dan bildirilib. Agentlik hazırda araşdırma aparıldığını əlavə edib.

AEBA-nın baş direktoru Rafael Qrossi hər hansı nüvə qəzası riskinin qarşısını almaq üçün tərəfləri təmkinli olmağa çağırıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}