Əsas Səhifə > XARİCİ XƏBƏR / REGİON > AEBA İsrailin İranın uran zavodununa hücumunu araşdırır
AEBA İsrailin İranın uran zavodununa hücumunu araşdırır28-03-2026, 09:17 |
|
İsrailin İranın Yəzd vilayətində yerləşən uran filizi konsentratı istehsalı zavoduna hava zərbəsi endirməsi barədə Tehrandan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) məlumat verilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə AEBA-nın "X"dəki hesabında məlumat yayılıb. "Zavoddan kənarda radiasiya səviyyəsinin artması qeydə alınmayıb",- AEBA-dan bildirilib. Agentlik hazırda araşdırma aparıldığını əlavə edib. AEBA-nın baş direktoru Rafael Qrossi hər hansı nüvə qəzası riskinin qarşısını almaq üçün tərəfləri təmkinli olmağa çağırıb. Geri qayıt |