Dünyada 1 May bayramı – 1 may günü 66 ölkədə rəsmi, 100-dən artıq ölkədə isə qeyri-rəsmi qeyd olunur

 

Uzun illər böyük bayram təntənəsi ilə qarşıladığımız 1 may tarixi çoxlarımızın yaddaşına əlamətdar gün kimi həkk olunub. Amma bu “qırnızı bayram”ın yaranma tarixi heç də qırmızı şüarlarla, al-əlvan şarlarla, gül-çiçəklə başlanmayıb, 1 May qırmızı qanlar hesabına bayram gününə çevrilib.

1 May bayramının tarixi 19-cu əsrin ortalarına təsadüf edir.

İlk dəfə olaraq 21 aprel 1856-cı ildə ildə Avstraliyada fəhlələr iş gününün qısaldılması, səkkiz saatlıq iş rejiminə keçid tələbi ilə bağlı kütləvi mitinqlərə çıxıblar, tətillər başlayıb. Etirazçı kütlələrə təyziq göstərilsə də, nümayişləri dağıtmaq mümkün olmayıb və onların tələbi qismən də olsa yerinə yetirilib. Bu hadisədən, 9 günlük nümayişlərdən sonra hər il Avstraliyada may ayının 1-I bayram günü kimi qeyd olunmağa başlayıb.

Avstraliya hadisələri 1886-cı ilin q mayından ABŞ-da və Kanadada təkrar olunub. Çikaqoda isə hadisələr sakitliklə ötüşməyib. 4 may 1886-cı ildə Çikaqo küçələrində qarşıdurma zamanı altı nümayişçi həlak olub. Səhərisi gün hüquq-mühafizə orqanları etirazçılara qarşı daha sərt tədbirlər həyata keçiriblər. Bu qarşıdurma zamanı həm polisin, həm də etirazçıların kütləvi toplaşdığı meydana “qeyri-müəyyən” şəxs tərəfindən partlayıcı maddə atılıb. Nəticədə səkkiz nəfər polis əməkdaşı həlak olub, 50 nəfərdən artıq adam ağır dərəcəli bədən xəsarətləri alıblar. Baş vermiş insidentə görə səkkiz nəfər həbs olunub. Onlar haqqında əvvəlcə asılmaqla edam hökmü çıxarılsa da, sonra cəzaları 15 il illik azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.

1889-cu ilin iyul ayında çoxsaylı Amerika fəhlələrinin müraciəti ilə Parisdə keçirilən 2-ci beynəlmiləl konqresdə 1 may tarixi bütün dünya fəhlələrinin həmrəylik günü elan edilib.

Ayrı-ayrı dövrlərdə 1 May bayramı fərqli adlar daşıyıb: Dünya fəhlələrinin həmrəylik günü, Dünya zəhmətkeşlərinin həmrəylik günü, Əmək günü, Beynəlmiləlçilik günü, Əmək və bahar günü və s.

SSRİ-də 1972-ci ilə qədər 1 may tarixi Beynəlmiləlçilik bayramı adlandırılıb. 1972-ci ildən bayramın adı dəyişdirilərək Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Günü olub.

1928-ci ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə 1 və 2 may qeyri-iş günü elan edilib və elə həmin ildən mayın 1-də bayram münasibətilə SSRİ-nin bütün şəhərlərində bayram nümayişlərinin keçirilməsinə qərar verilib. Mayın 2-də isə kütləvi bayram tədbirləri, gəzintilər təşkil olunub.

1 May nümayişi Moskvada xüsusi təntənə ilə keçirilib. Başda ölkənin birinci şəxsi, baş katib olmaqla, Siyasi Büronun üzvləri, Nazirlər Sovetinin sədri, Mərkəzi Komitənin katibləri, marşallar, yüksək vəzifəli hərbçilər mavzoley tribunasının qarşısından keçən şəhər sakinlərini salamlayıblar. Nümayişdən sonra Qırmızı meydanda hərbi parad keçirilib.

SSRİ süquta uğradıqdan sonra Rusiyada bu bayram Əmək və bahar bayramı kimi qeyd olunur.

Hazırda dünyanın 66 ölkəsində 1 May rəsmi bayram, 100-dən artıq ölkədə isə qeyri-rəsmi bayram kimi qeyd edilir.

1933-cü ildə Adolf Hitlerin hakimiyyətə gəlişindən sonra 1 May bayramı Milli Əmək günü adı ilə rəsmi status alıb. Almanlar bu bayramı II dünya müharibəsi zamanı işğal etdikləri ərazilərdə də təntənə ilə qeyd ediblər. O cümlədən SSRİ-nin işğal olunmuş ərazilərində də almanlar böyük bayram şənlikləri keçiriblər.

Hindistanda 1 May bayramı 1923-cü ildə rəsmi bayram statusu alıb.

Finlandiyada 1 may tarixi tələbələrin bahar karnavalı bayramı kimi qeyd edilir və ölkədə kütləvi tədbirlər keçirilir.

1996-cı ildən Qazaxstanda 1 may tarixi Qazaxıstan xalqının birlik bayramı kimi qeyd olunur.

İspaniyada 1 may tarixi Gül bayramı kimi keçirilir.

İngiltərədə də 1 may tarixi təntənə ilə qeyd olunur. Milli paltarlar geyinən ingilislər rəngli lentlər bağlanmız dirəklərin ətrafında rəqs edərək dünyaya sülh və əmin-amanlıq arzulayırlar.

Belarusda, Qırğızıstanda, Ukraynada, Çində, Şri-Lankada 1 May bayramı Əmək bayramı adı ilə qeyd edilir.

1 May bayramı ilə bağlı ayrı-ayrı ölkələrdə zaman-zaman bayram ənənələri də yaranıb. Fransada 1 May bayramında qızlara zanbaq gülü hədiyyə edilir. İtaliyada gül fetivalı keçirilir. İsveçdə isə fərqli bir ənənə yaranıb. 1 may tarixində isveçlilər evdən çıxardıqları zibili yandırırlar.

Almaniyada bayram münasibətilə yarmarkalar açılır. Həmin yarmarkalarda sakinləri rəqs və digər əyləncələrlə qarşılayırlar.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}