Azərbaycanda geniş pul kütləsinin həcmi yenidən tarixi maksimuma yüksəlib

 

Bu il yanvarın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 29 185,8 milyon manat təşkil edib.

Şəffaflıq.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-nə nisbətən 7,5%, ötən il yanvarın 1-i ilə müqayisədə isə 1,1% çoxdur.

2020-ci ilin sonuna manatla geniş pul kütləsinin həcmi 20 305,5 milyon manat təşkil edib. Bu isə aylıq müqayisədə 9,1%, illik müqayisədə isə 11,3% çoxdur.

Hesabat tarixinə həm ümumi, həm də manatla geniş pul kütləsi tarixi maksimumlarını yeniləyib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}