Əsas Səhifə > İqtisadiyyat > Azərbaycanda geniş pul kütləsinin həcmi yenidən tarixi maksimuma yüksəlib
Azərbaycanda geniş pul kütləsinin həcmi yenidən tarixi maksimuma yüksəlib31-01-2021, 11:54 |
Bu il yanvarın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 29 185,8 milyon manat təşkil edib. Şəffaflıq.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-nə nisbətən 7,5%, ötən il yanvarın 1-i ilə müqayisədə isə 1,1% çoxdur. 2020-ci ilin sonuna manatla geniş pul kütləsinin həcmi 20 305,5 milyon manat təşkil edib. Bu isə aylıq müqayisədə 9,1%, illik müqayisədə isə 11,3% çoxdur. Hesabat tarixinə həm ümumi, həm də manatla geniş pul kütləsi tarixi maksimumlarını yeniləyib. Geri qayıt |