Vilyam Hacıyevin həbs müddəti uzadıldı.

 Səbail rayon Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Şəffaflıq.az APA-ya istinadən bildirir ki, hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.
Qərara əsasən, Vilyam Hacıyev barəsində həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
14:39
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilən İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev məhkəməyə gətirilib.
Şəffaflıq.az bildirir ki, bu gün Səbail Rayon Məhkəməsində Vilyam Hacıyevin barəsində olan həbs qəti imkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılır.
Xatırladaq ki, V.Hacıyev Səbail rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İmişli rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatla Vilyam Hacıyev saxlanılmışdı.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}