İtaliyada daha 3 futbolçuda koronavirus tapıldı

 

İtaliyanın "Pyaneze" komandasının üç futbolçusu və bir əməkdaşı koronavirus epidemiyasına yoluxub.

Şəffaflıq.az report-a istinadən xəbər verir ki, bu barədə C Seriyasının A qrupunda çıxış edən klubun rəsmi saytı məlumat yayıb. Hələlik onların adları açıqlanmayıb.

Bu, ölkədə futbolçular arasında 4-cü yoluxma halıdır. Daha əvvəl Syen əyalətini təmsil edən komandanın oyunçusunda da koronavirus üzə çıxıb.
Qeyd edək ki, İtaliyada virusa 600-dən çox yoluxma halı aşkarlanıb. Yoluxanların 17-si dünyasını dəyişib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}