Vətən müharibəsi qaziləri və jurnalistlər arasında velosiped yarışı keçirilib




Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil edilən idman festivalı çərçivəsində Vətən müharibəsi qaziləri və media nümayəndələri arasında şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş velosiped yarışı keçirilib.



Yarış Azərbaycan Velosiped Federasiyasının və BrendSport.az saytının təşkilatçılığı ilə noyabrın 26-da Respublika Velotrekində baş tutub.

Şəffaflıq.az xəbər verir ki,tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Sonra BrendSport.az saytının baş redaktoru, turnirin aparıcısı və layihə rəhbəri Bəhruz Səmədov iştirakçıları və qonaqları salamlayaraq, ölkədə aparılan uğurlu idman siyasətindən danışıb. İdmanın hər zaman Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəttində olduğunu bildirib.
Bunun üçün ölkə rəhbərliyinə minnətdarlığını bildirən B.Səmədov açılış üçün sözü Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Yaşar Rzayevə verib.




Y. Rzayev də əvəvlcə bütün iştirakçıları və qonaqları salamlayıb, ölkədə idmana, gənclərə, qazilərə olan dövlət qayğısından söz açıb. Bu baxımdan belə tədbirlərin mahiyyətindən danışıb. Çıxışın sonunda o da iştirakçılara uğurlar arzulayıb.

Sonra çıxış üçün söz Azərbaycan Velosiped Federasiyasının baş katibi Elnarə xanıma verilib. Elnarə xanım da öz növbəsində iştirakçıları salamlayaraq, iştirakçılara uğurlar arzulayıb.




Rəsmi çıxışlardan sonra şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin ruhu birdəqiqəlik sükutla yad edilib.

Sonra tədbirə dəstək olan Xurşidbanu Natəvan adına kitabxananın müdiri və şəhid baş leytenant Vüsal Babayevin həyat yoldaşı Aynur Babayevanın da tədbir haqda fikirləri dinlənilib.



Aynur xanımın çıxışından sonra layihə rəhbəri B.Səmədov göstərdiyi dəstəyə görə Gənclər və idman naziri Fərid Qayıbovada şəxsən öz təşəkkürünü bildirib. Sonra isə yarışı açıq elan edib.



Turnirdə bütün iştirakçılar fərdi ötüşmə növündə mübarizə aparıblar. Qazilər və kişi jurnalistlər 2 dairə (666 m), xanım jurnalistlər isə 1 dairə (333 m) məsafə qət ediblər.

Nəticələrə əsasən, qazilər arasında Vüqar Əhmədov (01.21.65 dərəcəylə) birinci, Sənan Osmanov (01.25.23 dərəcəylə) ikinci, Abbas Musayev isə (01.27.69 dərəcəylə) üçüncü yerə layiq görülüblər.



Xanım jurnalistlərin yarışında Aynur Nurəliyeva (“Sehirli Dünya”, 50.61 dərəcəylə) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aynur Tağıyeva (Brendsport.az, 53.86 dərəcəylə) ikinci, Dürdanə Kazımova (“Departament” jurnalı, 54.72 dərəcəylə) üçüncü yerlə kifayətləniblər.



Kişi jurnalistlərin mübarizəsində isə Nurlan Qədirli (ARB 24, 1.16.27 dərəcəylə) birinci, Əfqan Bayramov (CBC Sport, 01.16.64 dərəcəylə) ikinci, Araz Babayev (ARB 24, 01.18.17 dərəcəylə) üçüncü yerdə qərarlaşıblar.



Yarışda qazilər arasında ən fəal xüsusi təyinatlı Şamxal Qocayev, Elşən Cəbrayılov və Ülvi Qədir, media nümayəndələri arasında ARB 24 kanalının əməkdaşı Emin Şəmsiyev, BrendSport.az saytının fotoqrafı Sehun İsayev, "Sehirli Dünya" uşaq jurnalının rəhbəri Gülzar İbrahimova, Missiya.az saytının əməkdaşı Zərintac Mayisqızı olublar.





Xatırladaq ki, tədbir Yasamal rayonu Xurşidbanu Natəvan adına 4 nömrəli kitabxananın təşkilatı dəstəyi, "OBA" marketlər şəbəkəsinin baş sponsorluğu, “Velolider” idman mallarının, “Cəngi” İdman Klubu, “Natural Halı Outlet”in xüsusi sponsorluğu, “Scallezioni” italyan brendi, “Sirab”, “Loris parfum”, "Berqa" çay, “My_cake.love” (Aytac Məmmədova) şirniyyat evi, “Berg tea” və “Berg Glucose drink energy”nin sponsorluqları ilə keçirilib.



Yarışın sonunda mükafatlandırma mərasimi keçirilib. Qaliblərə kubok, medal, diplom və qiymətli hədiyyələr, bütün iştirakçılara isə təşəkkürnamələr təqdim edilib.

Tədbirdə iştirak edən bütün qazilərə Baş sponsor "OBA" marketlər şəbəkəsindən, xüsusi sponsorlar "Cəngi" idman mərkəzindən, "Natural halı Outlet"dən, "Velolider" idman mallarından, İtalyan brendi "Scallezioni" kişi geyimlərindən, “Loris parfum”dan, sponsorlar “Sirab”, "Berqa" çay, “My_cake.love” (Aytac Məmmədova) şirniyyat evi, “Berg tea” və “Berg Glucose drink energy”dən hədiyyələr verilib.



Sonda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “My_cake.love” (Aytac Məmmədova) şirniyyat evindən hədiyyə olaraq təqdim olunan tort kəsilib.



Sonda bir daha xatırladmaq istərdik ki, tədbirin Baş sponsoru "OBA" marketlər şəbəkəsinində bu tədbirin baş tutmasında böyük dəstəyi olub. Bunun üçün biz də BrendSport.az saytının əməkdaşları adından və tədbirin bütün iştirakçıları adından onlara öz təşəkkürümüzü bildiririk.

























Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}