Mövlud Süleymanlı “Şərəf” ordeni ilə təltif edilib


Mövlud Süleyman oğlu Balakişiyev (Mövlud Süleymanlı) “Şərəf” ordeni ilə təltif edilib.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

O, Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə təltif olunub.

Qeyd edək ki, nasir, dramaturq və ssenarist olan M.Süleymаnlı 1943-cü il mаrt аyının 18-də anadan olub.

O, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. M.Süleymanlı 2003-cü ildə Əməkdаr incəsənət хаdimi, 2006-cı ildə isə Аzərbаycаnın Xаlq yаzıçısı adına layiq görülüb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}