Bakıda dənizə çıxan 4 balıqçı geri qayıtmadı - FHN helikopter qaldırdı

 Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 8 oktyabr 2019-cu il tarixində gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.
Şəffaflıq.az xəbər verir ki, axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Bu barədə əlavə məlumat veriləcək.шаблоны для dle 11.2


Facebook-da paylaş