Yardımlıda dağlıq ərazidə yanğın başlayıb, əraziyə helikopter cəlb edilib

 

Avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında dağlıq zonada yanğın baş verməsi barədə məlumat daxil olub.

Şəffaflıq.az FHN-in saytına istinadən məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və müvafiq qüvvələri cəlb olunub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}